Vətəninfo.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə
"TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə
türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə
gəlib.
Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə
hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və
digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.
Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi
Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən
MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules
hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60
döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak
edəcəklər.
Təlimlər sentyabrın 18-dək davam edəcək.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL