Türkiyə müharibəyə başlayır - 7 min xüsusi təyinatlı HÜCUMA KEÇİR

Türkiyə müharibəyə başlayır - 7 min xüsusi təyinatlı HÜCUMA KEÇİR
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona səfərindən sonra Türkiyə ordusu hərəkətə keçib.

Publika.az xəbər verir ki, Ərdoğan-Tramp görüşündə ABŞ-ın YPG-yə (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) dəstəyi dayandırması ilə bağlı razılıq əldə olunmadı. Türkiyə prezidenti hər hansı hücuma sərt qarşılıq verəcəklərini açıqladı.

Daha sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçərək, Suriya və İraq sərhədinə qoşun və zirehli texnika yeritdi. Hərbi mənbələr Türkiyənin hər an müharibəyə başlaya biləcəyini hesab edirlər.

"Karar” qəzetinin əldə etdiyi məlumata görə, 7 min türk xüsusi təyinatlısı Suriya sərhədində hücuma keçmək üçün hazır vəziyyətdədir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az