Türkiyə Rusiyadan idxala qadağa qoydu

Türkiyə Rusiyadan idxala qadağa qoydu
Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə "Kommersant” Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 130 faiz məbləğində rüsumun tətbiq ediləcəyi gözlənilir. Bu isə, faktiki olaraq, tədarükün dayandırılması deməkdir.
Qeyd edək ki, Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir.
2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az