Türkiyədə azərbaycanlı kişi 7-ci mərtəbədən düşüb öldü
Niyazi Əliyev inşaatda 3 gün öncə işə başlamışdı.
Türkiyədə işləməyə gedən a zərbaycanlı kişinin meyiti gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Bursa şəhərində baş verib.
39 yaşlı Niyazi Murtuzalı oğlu Əliyev üç gün öncə Bursada inşaatda işə başlamışdı. Dostlarının sözlərinə görə, o bir müddət öncə işləmək üçün İstanbula gedib. Lakin iş tapa bilmədiyi üçün geri - Bursaya qayıdıb.
N.Əliyev çalışdığı binanın 7-ci mərtəbəsindən yıxılıb. O, ağır yaralı halda dərhal xəsytəxanaya çatdırılıb. Lakin bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, azərbaycanlı kişi müvazinətini itirdiyi üçün hündürlükdən yıxılıb.
Dəqiq ölüm səbəbi müəyyən edilmək üçün onun meyiti tibbi ekspertiza qurumuna aparılıb.
Miq.az