Bu gün Türkiyədə yeni hökumətin qurulması ilə bağlı tarixi görüş keçiriləcək.
Baş nazir Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu arasında keçiriləcək görüşdə koalisiya ilə bağlı yekun müzakirələr aparılacaq.
Ötən gün hər iki partiyada son müzakirələr olub. Ədalət və İnkişaf Partiyası Mərkəzi İdarə Heyətinin Əhməd Davudoğlunun sədrliyi ilə keçirilən toplantısı 5 saat 40 dəqiqə davam edib. Toplantıdan sonra partiyanın sözçüsü Bəşir Atalay mətbuat konfransı keçirib. O, bildirib ki, AKP CHP ilə danışıqları Türkiyə üçün böyük qazanc hesab edir.
Bəşir Atalay qeyd edib ki, son toplantıda hökumət qurulması ilə bağlı bütün variantlar müzakirə edilib.
Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasında da koalisiya müzakirələri aparılıb. Parlament binasında yox, partiyanın qərargahında keçirilən toplantı mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu arasında son görüş avqustun 10-da keçirilmişdi.
APA TV
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL