Türkiyədə temperatur 60 dərəcəni ötdü

Türkiyədə temperatur 60 dərəcəni ötdü
Dünən Türkiyədə havanın temperaturunda rekord qeydə alınıb.

Miq.az Teleqraf.com-a istinadən  xəbər verir ki, Türkiyənin Şanlıurfa ərazisində bir neçə gün əvvəl 60 dərəcə istilik qeydə alınıb. Dünən isə bu şəhərin Siverek qəsəbəsində termometr 61 dərəcə istilik göstərib.

Bu səbəbdən də Şanlıurfa sakinləri evlərindən bayıra çıxa bilməyib. Küçələr dərhal boşalıb, çöldə olan vətəndaşlar parklarda ağacların kölgəsinə sığınıb, uşaqlar isə çeşmə başına toplaşaraq yuyunublar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az