ABŞ Türkiyənin bir neçə gündür, İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir.
Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, Ağ Evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, sülh yolu ilə çözüm prosesinin davam etdirməsini arzuladıqlarını bildirib.
Şultz Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyaya dəstəyi və PKK mövqelərinə zərbə endirməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə NATO-nun strateji müttəfiqidir: "Türkiyə hökumətinin İŞİD-lə mübarizədə dəstəyindən məmnunuq. PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Ancaq hesab edirik ki, sülh yolu ilə çözüm prosesini davam etdirmək lazımdır. Türkiyəni bu prosesə dönməyə çağırırıq”.
Qeyd edək ki, bir neçə gündür, Türkiyə terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. PKK-nın İraqın şimalındakı mövqelərinin havadan atəşə tutulması nəticəsində yüzlərlə terrorçu məhv edilib. Həmçinin, ölkə daxilində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İŞİD və PKK üzvü olan yüzlərlə şəxs saxlanılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL