Vətəninfo.az-ın məlumatına görə, "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, iclasdan əvvəl nazirlər Atatürkün mavzoleyini ziyarət ediblər.
"Anıtkabir"dəki özəl dəftərə baş nazir Əhməd Davudoğlu bunları yazıb: "Cumhürriyyətimizi XXI əsrin güclü və etibarlı ölkələrindən biri etməyə, ədaləti qorumağa, hər vətəndaşımızın insan haqları və azadlıqlarını təmin etməyə, insanlarımıza və ölkəmizə zərər vermək istəyənlərə qarşı bütün sahələrdə mübarizə apararaq, böyük Türkiyə hədəfinə doğru irəliləmək üçün qətiyyətlə çalışacağımıza hökumətimiz adından söz verirəm".
Məlumata görə, diqqətçəkən məqamlardan biri Milliyyətçi Hərəkat Partiyasının sədr müavini və baş nazirin müavini Toğrul Türkeşin baş nazir Əhməd Davudoğlunun xidməti avtomobilində "Anıtkabir"i tərk etməsidir. Avtomobildə Ə.Davudoğlu və T.Türkeş əyləşib. Müvəqqəti hökumətin "Anıtkabir"dəki mərasimindən sonra baş nazir Əhməd Davudoğlu müavini Toğrul Türkeşlə birlikdə Milliyyətçi Hərəkat Partiyasının qurucusu, Toğrul Türkeşin atası Alparslan Türkeşin məzarını da ziyarət edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər noyabrın 1-də keçiriləcək.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL