Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb. Eks-prezident Viktor Yanukoviçin dövründəki göstəricilərə qayıtmaq üçün Ukraynaya 15 il vaxt gərəkdir.
Vətəninfo.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib.
"Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”, deyə M.Saakaşvilli "Şuster-Live” proqramının efirində bildirib.
M.Saakaşvili həmçinin "kölgə iqtisadiyyatı”nın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: "Kölgə iqtisadiyyatı” son il yarım ərzində 32%-dən 47%-dək artıb. Bunu beynəlxalq təşkilatlar da artıq təsdiq edir. Bu kimi hallar biznesi məhv edir”.
Odessa vilayətinin qubernatorun həmçinin bildirib ki, ölkə 53 bankın
bağlanmasından 18,5 milyard ABŞ dolları itirib: "Ukraynanın iqtisadi
göstəricilərinin ildə 2-3% artdığı təqdirdə, biz yalnız 15 ildən sonra
2013-cü ilin rəqəmlərinə çata biləcəyik. Bunun qarşısını almaq üçün
ölkədə köklü iqtisadi islahatların aparılmasına ehtiyac duyulur”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL