Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.
"Report”un Kiyev bürosunun verdiyi məlumata görə, öldürülən şəxs Azərbaycanın İmişli rayonu sakini, 1979-cü il təvəllüdlü Quliyev Kərimdir.
Bir həftə əvvəl baş verən hadisədə azərbaycanlı aldığı çoxsaylı güllə yarasından hadisə yerində keçinib. Onun meyiti hazırda rayon morqundadır. Meyitin Azərbaycana göndərilməsi ilə bağlı hələ ki, heç bir tədbir görülməyib.
Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra Azərbaycan vətəndaşı güllələnib, 20-dən çox isə azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Baş verən hadisələrin araşdşrılması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən "Report” əməkdaşına qarşı baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR