Ukrayna Dövlət Sərhəd Xidmətinin Çopski dəstəsinin "Ujqorod” şöbəsinin sərhəd keşikçiləri Azərbaycan və Banqladeşdən olan qanunsuz miqrantları saxlayıblar.
"Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunur.
"Dövlət sərhədi yaxınlığında naməlum şəxslərin hərəkəti barədə hərbçilərə Ujqorod rayonunun Onokovtsı kəndinin sakinləri məlumat veriblər. Üç azərbaycanlı və bir Banqladeş vətəndaşı sərhəd keçid məntəqəsindən kənar hissədən Slovakiyaya keçmək istəyib. Qanun pozucularından yalnız birinin üzərində şəxsiyyəti təsdiq edən sənəd olub. Lakin əcnəbilərin dördü də qanunsuz miqrasiya məqsədi ilə Avropa İttifaqı ölkələrinə düşmək niyyətində olduqlarını etiraf ediblər”, – deyə məlumatda bildirilir.
Hazırda sərhədçilər cinayətin bütün təfərrüatlarını öyrənir və onların bütün dairəsini müəyyənləşdirirlər. Əcnəbilər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?