Vaqif Mustafayevin "Space"sində "Cıraram səni” söhbəti

Vaqif Mustafayevin "Space"sində "Cıraram səni” söhbəti

Məlum olduğu kimi, kinorejssor Vaqif Mustafayevin rəhbəri olduğu "Space" TV-də bir neçə gündür  telekanalında yayımlanan “Günaydın” verilişində nalayiq ifadələr işlədilməsi gündəmin mövzusudur. Məsələyə artıq ictimaiyyət nümayəndələri, rəsmi qurumlar, o cümlədən, Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Şura sədri Nuşirəvan Məhərrəmli də bildirib ki, “Space”in rəhbərliyi ilə görüşüb, rəhbərlik üzr istəyib, məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verib. Lakin sözügedəən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin bir söz demədiyini, irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Biz isə hesab edirik ki, elə bu cür yanaşmaya, yəni, aparıcılara televiziya rəhbərliyinin “gözün üstə qaşın var” deməməsinə görədir ki, efir bu cür hallardan təmizlənmir, hər gün daha bir ədəbsizlik, etikadankənar davranış görürük, nalayiq ifadə eşidirik. Elə götürək, bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində baş verənləri. Verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib. Verilişinə qonaq qismində çağırılan müğənni Rəhim Rəhimli sevgilisindən danışan zaman Səidə Sultan ona evlənməyi təklif edib. Hətta Rəhim Rəhimliyə misal olaraq, evlənəmək istəməyən müğənnilərdən biri kimi Niyam Salaminin adını çəkib. Bu zaman Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə müğənni efirə yaraşmayan sözlərlə reaksiya verib: “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”.

“A24.az”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az