“Vitr fitness” idman mərkəzinin açılışı olub
23 Avqust 2016-cı il tarixində Yasamal rayonu, Həsən Məcidov küçəsi 3 ünvanında müasir standartlara cavab verən "Vitr fitness” idman mərkəzinin açılışı olub. Burada yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər bir şərait yaradılıb.
Tədbirdə çıxış edən mərkəzin direktoru Vüqar Namazov deyib ki, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək olmağı özünə mənəvi borc bilib: "Bu idman mərkəzinin maddi-texniki bazası müasir standartlara cavab verir”.
Qeyd edək ki, burada həm ümumi, həm də qadın fitness zalı fəaliyyət göstərir.
Mərkəzdə çalışan peşəkar məşqçilər isə bu sahəyə aid müxtəlif idman növlərində dünya, Avropa və ölkə çempionluğunu qazanmış şəxslərdirlər. Bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növü olan fitneslə məşğul olmaq istəyənlər mərkəzə üz tuta bilərlər.
Tələbələr, Ahıllılar, Əlillər, Hamilə və Evdar xanımlar üçündə tezliklə şəraitlər yardılacaqdır. Hal hazırda www.vitrfitness.com saytın üzərində ciddi işlər gedir. Tez bir zamanda saytında açılış mərasimi planlaşdırılır.
Miq.az