"Evdə bütün işləri xanımın üstünə atmaq lazım deyil. Əgər qadın bir işi görürsə, başqasını da kişi etməlidir. Mən dözmərəm ki, oturum, xanımım da mənə çay gətirsin, yemək hazırlasın, uşağa baxsın, təmizlik etsin".
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri "Yeri gəlmişkən" verilişində aktyor Elnur Kərimov deyib. O, həyat yoldaşı ilə münasibətlərindən danışıb:
"Qadın elə münasibətdə olmalıdır ki, kişi evinə tələsməlidir. Ondan yorulmamalıdır, bezməməlidir. Eyni şey kişiyə də aiddir. Kişi ilə qadın yüklərini bölüşməlidir. Məsələn, mən hazırda istirahətdəyəm. Uşağıma özüm baxıram. Onu yedizdirir, çimizdirir, yatızdırıram. İndi övladımın elə dövrüdür ki, hər gün böyüyür. Mən onun balacalığını bir də görməyəcəm. Bu anı doyunca yaşamalıyam. Münasibətlərdə güzəştə getmək mütləqdir. Ən çox da kişi qadına güzəşt etməlidir. Əgər qadın əsəbidirsə, kişi o müddətin keçməsini gözləməlidir. Qulağını kar etməlidir. Mən başımı uşaqla qatıram, nağıl oxuyuram. O, əsəbini keçirir, ağlayır, sakitləşir. Sonra oturub aydınlıq gətirirk. Subay vaxtı tanışlıqda başqa xasiyyətdə olursan. Ailə quranda xasiyyət dəyişir. Hər bir addımda bunu nəzərə almaq lazımdır".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL