Vyana hava limanında Türkiyəyə qarşı təxribat

Vyana hava limanında Türkiyəyə qarşı təxribat

Avstriyanın paytaxtı Vyanada hava limanına gedənlər "Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil" yazısı ilə qarşılaşır.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa ölkələrində demokratiyanı müdafiə edərək çevriliş əleyhinə çıxan türklərə qarşı təzyiqlər artır.

Avstriyada türklərin evlərinə və balkonlarına Türkiyə bayrağı asması qadağan edilib. Bunun ardından isə nöbəti təxribata əl atılıb. Belə ki, Vyana Hava Limanında "Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil” yazısı yerləşdirirlib. Turizm mövsümündə Vyana hava limanında Türkiyəni pisləyən belə bir yazının yerləşdirilməsi Türkiyə mətbuatında qınaq obyektinə çevrilib. 

Miq.az




 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az