"Bu gün bizim sosial sığorta sistemində ən ağrılı tərəf odur ki, sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq var”.
Miq.az sputnik.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında "Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, dünyada da bu məsələ mövcuddur və təxminən 60 faizdir: "Nəyə görə gizlədirlər? Ona görə gizlədirlər ki, işəgötürən 22 faiz əməkhaqqı fondundan pul ödəyir. O da gəlib düşür onun məhsulunun maya dəyərinə. 3 faiz vətəndaş pul verir, 22 faiz işəgötürən pul verir. Düşünürəm ki, biz gələcəkdə burada başqa addımlar da ata bilərik. Bizim əsas məqsədimiz işəgötürənə, sahibkara dəstək olmaqdır. Çünki orta və kiçik sahibkarlıq inkişaf etməsə, iş yerləri yaradılmayacaq”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?