“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyası üzvlüyündən kənarlaşdırıldı

“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyası üzvlüyündən kənarlaşdırıldı

Avropa Klublar Assosiasiyası (ECA) üzvlərinin tərkibində yenilənmə baş verib. 

Miq.Az xəbər verir ki, Report-un məlumatına görə, Azərbaycan təmsilçilərinin sayı 3-ə enib.

Bu, "Xəzər Lənkəran”ın da üzvlükdən kənarlaşdırılmasından sonra baş verib. Ötən il isə "Bakı” ECA-dan çıxarılmış, yerini "Qarabağ” tutmuşdu. Hər iki klub artıq Azərbaycanın peşəkar futbol liqalarında təmsil olunmur. 

Qitə klublarını birləşdirən qurumda hazırda "Qarabağ” fövqəladə, AZAL və "Neftçi” isə assosiativ üzvdür.

Qeyd edək ki, ECA-nın ümumilikdə 53 milli assosiasiyadan 220 üzvü var.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az