XİN-in mətbuat xidmətinin məlumatı

XİN-in mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlanıb.

Bu barədə Vətəninfo.az-a məlumat verən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, A.Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanunu, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilib, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb və barəsində intizam tədbirləri görülüb.

Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.

Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az