Yaponiyanın şərq hissəsinin yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, güclü yağışların əmələ gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində üç nəfər həlak olub, daha 23 nəfər isə itkin düşüb.
Xilasedicilər İbaraki prefekturasının Zyoşo şəhərində itkin düşmüş 22 nəfərin axtarışlarını davam etdirirlər. Sentyabrın 10-da burada Kinuqava çayı daşaraq şəhəri su altında qoyub. Yerli hakimiyyət orqanları 25 nəfərin itkin düşdüyünü bildirsə də, sonradan onlardan üçü ilə əlaqə yaradılıb. Daha bir nəfər Miyaqi prefekturasının Kurihara şəhərində itkin düşüb.
Həmin gün Nazirlər Kabinetinin xüsusi toplantısını keçirən Baş nazir Şinzo Abe müvafiq qurumlara təbii fəlakət zamanı ilk növbədə insanların həyatının xilas edilməsinə çalışmaları barədə göstəriş verib. Baş nazir, həmçinin zərər çəkmiş rayonlara yardımların çatdırlmasının təmin olunması, təhlükəli ərazilərdən insanların çıxarılması və bu zaman yerli orqanlarla birgə fəaliyyətin əlaqələndirlməsi barədə də tapşırıqlar verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL