Yaponiyada dəhşətli yanğın: 140-dan çox bina yanır

Yaponiyada dəhşətli yanğın: 140-dan çox bina yanır
Yaponiyanın Xonsyu adasının qərbində Niiqata prefekturasının İtoiqava şəhərində 140-dan çox bina yanır.

Publika.az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, şəhər rəhbərliyi böyük yanğının söndürülməsi üçün qonşu şəhərlərin administrasiyalarına müraciət edib.
NHK telekanalının məlumatına görə, yanğın Çin restoranının olduğu binada başlayıb və tezliklə qonşu binalara keçib. Güclü külək yanğınsöndürənlərin işini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Son məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər zərər çəkib, onların həyatı üçün təhlükə yoxdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az