Yardımlıda dəhşət - Oğul atasını güllələdi

Yardımlıda dəhşət - Oğul atasını güllələdi

Bu gün Yardımlıda dəhşətli qətl hadisəsi törədilib.

Miq.az Aznews.az-a istinadən xəbər verir ki, hadisə 17:00 radələrində rayonun Alar kəndində qeydə alınıb. 17 yaşlı Qaçay Şahverənov ailə münaqişəsi zəminində ov tüfəngi ilə atası Cabir Şahverənovu güllələyib. C. Şahverənov aldığı güllə yarasından həyatını itirib.

Qətli törədən şəxs polisə təslim olub.

Hazırda Yardımlı rayon Polis şöbəsinin rəisi və rayonun prokuroru hadisə yerindədir. 

Faktla bağlı araşdırma aparılır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az