Yazıçı Çinarə ÖMRAYla 15 suallıq müsahibə
-Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?
-Oxşarlığın çox olması fərqlilikdi.
- Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
-Orta yol tutub takılırıq.(gülür)
-Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?
-Ö+X=U (ÖzGüvən+Xarakter= Uğur) Öz güvənin və Xarakterin varsa, artıq uğur sənin yanındadı.
-Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
-Məncə analar yaxşı qızlar doğur.
-Sonrakı peşimançılıqda fayda varmı?
-Biz peşmançılığımızdan da, fayda güdürük. Dəhşətiy ee!
-Sizin üçün ən uğurlu sərmayə nədir?
-Nəfəs almaq.
-Neçə il tənha yaşaya bilərsiniz?
-6 ildən bir az çoxdu.
-İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
-İtirmək qorxum olmadığı üçün seçim sıxıntım yoxdu.
-İntihar etsəniz, səbəbi nə olar?
-Çox ağır, çəkilməz şeylərdən keçdim. Heç vaxt intihar düşünmədim. Əgər onları intiharsız atlatmışamsa, yəqin edəsi olsam, çox bəsit, primitiv bir şey üstə edərəm.
-Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
-Cəsarət dirəniş üçündür. Həyata dirəniş.
-Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
-Bacardıqca seçim qarşısında qalmamağa çalışıram.
-İnsanlardan ayrılmağınızın səbəbi nədir?
-Adamları olduğu kimi səhvləriylə qəbul edə bilirəm. Amma xaraktersiz, şəxsiyyətsiz insanlara təhəmmül edə bilmirəm.
- Bu ifadəni tamamlayın: Yaşım qədər…
-Yaşım qədər yaşanmışlığım var.
-Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi ?
-Məncə dostların hər istədiyini ciddiyə almaq lazım deyil.
-İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
-Olduqları kimi davransınlar, kirli düşüncələrlə içlərini qaraltmasınlar. Həyat gözəldi, yaşamağa dəyər.
-Təşəkkür edirəm!
SÖHBƏTLƏŞDİ: Günel EMİNZADƏ
Miq.Az