Yenə də intihar...
25 yaşlı gənc dənizkənarı Milli Parkda özünü dənizə ataraq öldürüb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, intihar hadisəsi ilə bağlı
Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
FHN-nin yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda 1990-cı il
təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə
atıb.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və
axtarışlara başlayıb. P. Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan
çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.