2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb.
Miq.az lent.az-a istinadən xəbər verir ki, Hüseyn Rəhimov hadisə vaxtı yanındakı qızı xilas etməyə çalışıb və bu səbəbdən də boğulub. Belə ki, gənc oğlan yeni tanış olduğu qızla dənizdə olarkən onun boğulduğunu görüb və kömək etməyə çalışıb. Bu zaman yaxınlıqdakı şəxslərdən biri Hüseyndən yapışaraq xilas edib. Lakin gənc oğlan qızın boğulduğunu görüb, növbəti dəfə ona tərəfə gedib və bu zaman onların ikisi də boğulub.
Məlum olub ki, Hüseynlə birgə dənizdə boğulan Səbinə Abıyeva çimərliyə xalası qızı ilə gəlibmiş. Lakin həmin qız xalası qızı ilə Hüseynin suda yoxa çıxdığını görərək şoka düşüb və ərazidən uzaqlaşıb. Hadisədən bir neçə saat sonra H.Rəhimovun meyiti sudan çıxarılsa da, gənc qızı tapmaq hələlik mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, Hüseynin dayısı da 15 yaşında dənizdə boğularaq vəfat edibmiş. Onun anası ilə atası uzun illər əvvəl ayrılıb və qadın Hüseynlə digər oğlunu tək böyüdüb. Gəmiçilik kollecini bitirəndən sonra işləməyən Hüseynin qardaşı hazırda hərbi xidmətdədir və onların anası hazırda kimsəsiz qalıb.
Miq.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?