Siqaret kötüyünü küçəyə atdın – 68 avro cərimə ödə. "Sevgililər şəhəri”nin daha da təmiz və gözəl olması üçün Fransa paytaxtının hökuməti belə tədbirə əl atıb.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, cərimə sistemi oktyabrın 1-dən qüvvəyə minib.
Şəhər administrasiyası nümayəndəsinin sözlərinə görə, Paris küçələrindən hər il 350 ton siqaret kötüyü yığılır. Onlara hər yerdə - səkilərdə, bağçalarda, çəmənlikdə və hətta uşaqların oynadığı qum meydançalarında rast gəlmək olar. Məhz bu səbəbdən hökumət Parisi sevənlərin hamısını siqaret kötüklərini yerə atmamağa çağırır.
Fransızlar üçün 68 avro kiçik məbləğ deyil. Bu pulla 10 qutu siqaret almaq olar. Cərimə Paris sakinlərini və qonaqları şəhəri zibilləməkdən çəkindirə bilər.
Bu il şəhər hökuməti Parisdə külqabı quraşdırılmış 30 min əlavə zibil qutusu yerləşdirib. Görülən tədbirlər nəinki şəhəri təmiz saxlamaq, həmçinin küçələrdən zəhərli tullantıları yığışdırmaq məqsədi daşıyır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL