Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib.
Vətəninfo.az Trend-ə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır”.
Bölmə rəisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL