Almaniya Prezidenti Yoahim Qauk bu ölkənin televiziya kanalı olan ZDF-də yayımlanan "Berlin Direkt” proqramında Avropanın bu günə qədər bir sıra maliyyə böhranı yaşadığını, ancaq Yunanıstandakı vəziyyət kimi bir hadisə ilə qarşı-qarşıya qalmadığına bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "Yunanıstanın Avro qrupunda olmaması halında Avropa parçalana bilərmi” sualını cavablandıran Almaniya Prezidenti "bunu düşünmək istəmirəm, Yunanıstan Avropaya aid olmaqda davam edəcək” deyib.
Müzakirələrdə itirilən etimadın yenidən qazanılması üçün bir çox addımların atılmasının lazım olduğunu deyən Yoahim Qauk vurğulayıb ki, yeni yardım paketinin verilməsi istiqamətində qərar alınacağı təqdirdə, Yunanıstan və bu ölkədəki təşkilatlarla güvənin inkişaf etdirilməsi vacibdir.
Almaniya Prezidenti maliyyə böhranı yaşayan Yunanıstanla bağlı müzakirələrdə Baş nazir Angela Merkelin mövqeyini də müdafiə edib. O bildirib ki, A.Merkel qaydaların açıq şəkildə gözardı olunmasını istəyir.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL