Zabit Səmədov dünya çempionu oldu – VİDEO

Zabit Səmədov dünya çempionu oldu – VİDEO

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində iştirak edib. 

Qroznıda keçirilən döyüşdə Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb./Oxu.az/

Döyüş K.Moroşanunun hücumları ilə başlasa da, Zabit gözlənilmədən rəqibinin sinəsinə güclü diz zərbəsi endirərək onu nakauta salıb.

Bununla da, azərbaycanlı K-1 döyüşçüsü dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, Z.Səmədovun 120-yə yaxın azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.
[video=http:// ]
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az