Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.
Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin şərgidə iştirak edən xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullar ilə tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb.
Səfər çərçivəsində Müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.











Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?