Zəlimxan Yaqub: "Ən çox ölüm haqqında düşünürəm"- Video

Zəlimxan Yaqub:
Xalq şairi Zəlimxan Yaqub Region TV-də yayımlanan "Regionun fəxri" verilişinə maraqlı  açıqlamalar verib.
Zəlimxan Yaqub deyib ki, son vaxtlar ən çox ölüm haqda düşünürəm: "Fikirləşirəm ki, bu gün gedəcəyəm, sabah gedəcəyəm, amma hələ ki, yaşayıram. Mən ölümə daha yaxınam bu dəqiqə. Sizinlə ölü kimi danışıram. Bu dünya üçün darıxmamaq, bu dünyanı sevməmək olmaz. Ölüm lap gəlib başının üstünü kəssə də, bu həyat haqda düşünəcəksən. Almaniyada müalicə alarkən yazdıqlarım bir dastandır, mətbuatda yayımlanacaq. O yazıların əksəriyyəti ölümlə bağlıdır".
Şair bildirib ki, insanlara, məni sevənlərə deyə bilmədiyim çox şey var: "Mən qəbrə, haqq evinə çox sirlər aparacağam. Onlar mənlə gedəcək qəbrə. O sirlər dostlarla, düşmənlərlə, taleyimlə bağlıdır. Hamısı mənlə o dünyaya gedəcək".
Verilişdə xalq şairi hal-hazırda yaşadığı, böyüyüb başa çatdığı ata ocağı, ailəsi, sevdikləri ilə bağlı da danışıb.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az