“Zəngəzur”da zəhərlənənlərdən 75-i evə buraxıldı

“Zəngəzur”da zəhərlənənlərdən 75-i evə buraxıldı
"Zəngəzur” şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilənlərdən 75-i evə buraxılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, "Zəngəzur” şadlıq evində kütləvi şəkildə zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilən xəstələrdən 75-i evlərinə buraxılıb.
Hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.  
Qeyd edək ki, "Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onların "paytaxt salatı”ndan zəhərləndiyi ehtimal olunurdu.  
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az