İranın Həmədan əyalətində Məlayir şəhərindən Bürucerd şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 11 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Vətəninfo.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Həmədan əyaləti üzrə yol polis idarəsinin rəisi general Mehdi Şakiri deyib ki, hadisə ötən axşam yerli vaxtla saat 19 radələrində baş verib.
M.Şakirinin sözlərinə görə, avtobusun sərnişinləri iraqlı zəvvarlardır.
Sürücü yol sürüşgən olduğu üçün idarəetməni itirib və avtobus aşıb. Hadisə nətciəsində ölənlərin 10 nəfəri qadın, 1 nəfəri kişidir.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 25 nəfər isə Məlayir xəstəxanalarına çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı cinayət işi açılıb, olayın təfərrüatları araşdırılır.
Qeyd edək ki, iraqlı zəvvarlar İranın Məşhəd və Qum şəhərlərindəki ziyarətgahları ziyarət etdikdən sonra vətənlərinə qayıdarkən qəzaya düşüblər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL