Özünü anasının qəbri üstə öldürdü - 4 uşaq anası...

Özünü anasının qəbri üstə öldürdü - 4 uşaq anası...

Gəncə şəhərində qadın siçan zəhəri içərək intihar edib.

Miq.az report-a istinadən xəbər verir ki, hadisə şəhər qəbiristanlıqlarının birində baş verib.

Belə ki, Gəncə sakini 45 yaşlı Nahidə Məmmədova anasının qəbri üzərində siçan zəhəri içərək intihar edib. Zərərçəkmiş şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, 45 yaşlı N.Məmmədova 4 uşaq anasıdır.

Faktla bağlı Gəncə şəhər Prokuroroluğunda cinayət işi açılıb, ölümün səbəbləri araşdırılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az