100 minlik uşaq otağı sifariş etdi
"Qalatasaray" futbol klubunun hollandiyalı ulduzu Uesli Sneyderin həyat yoldaşı, model Yolante Kabau ana olmağa hazırlaşır.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Türkiyə mediasına istinadən məlumatına görə, ay yarım sonra oğlunu
dünyaya gətirəcək Yolante doğum hazırlıqlarına başlayıb. O, 100 min
lirəlik (təxminən 35 min manat) uşaq otağı sifariş verib.
Kabau hamiləliyi haqda belə deyib:
"10
kiloqram kökəlmişəm, sinəm və ayaqlarım şişib. Amma övlad sahibi olmaq
üçün kökəlməyimə mane olmuram. Bununla mübarizə apara bilmərəm".
