İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun 24-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL