"Qalatasaray" ulduz futbolçunu aldığını rəsmən açıqladı

"Qalatasaray" ulduz futbolçunu aldığını rəsmən açıqladı

Türkiyənin ən titullu klubu "Qalatasaray" alman futbolçu Lukas Podolski ilə bağlı rəsmi açıqlama yayıb.

Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, "Cim-Bom" futbolçu ilə danışıqlara başlandığını birjaya da bildirib. İstanbul təmsilçisinin rəsmi açıqlamasında deyilir:
"Qalatasaray klubu "Arsenal" futbolçusu Lukas Podolskinin transferi üçün rəsmi danışıqlara başlayıb. "Arsenal" klubu ilə Lukas Josef Podolskinin transferi üçün rəsmi olaraq danışıqlar aparılır. Oyunçu 4 iyun tarixində İstanbula gələcək və xəstəxanamızda sağlamlıq testindən keçəcək. İctimaiyyət transferlə bağlı xəbərdar ediləcək", - deyə rəsmi açıqlamada bildirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az