TQDK-dan abituriyentlərə xəbərdarlıq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qeydiyyat müddətini uzadıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata
görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I
mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil
müəssisələrində qeydiyyatı
27 avqust saat 17:00-dək uzadılıb.
Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan
sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər.
Həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa
yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul
haqqında əmri ali məktəbə göndərilməyəcək.