Dollar ucuzlaşır

Dollar ucuzlaşır
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi nisbətən düşərək 1, 0446 manat təşkil edib ( dünən 1,0470 manat idi).
Manata nəzərən avro artaraq 1. 2078 olub (dünən 1,1994 manat idi).
Rusiya rublu 0,0002 manat və ya 1,3% ucuzlaşaraq 0,0148 manat olub (dünən 0,0152 idi).
Yola saldığımız həftənin sonunda Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi. Şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların olmadığını deyirdilər. Məlum olmuşdu ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bu gündən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az