“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
Qurban bayramı ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Moderator.az
-a QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Qurban bayramı günü növbəli iş rejimi təşkil ediləcək.
"Bütün vağzallarda, stansiyalarda mühafizə daha da gücləndiriləcək” - deyə, N. Əzməmmədov əlavə edib.
Əzməmmədov həmçinin qeyd edib ki, sıxlıqdan asılı olaraq xəttə əlavə vaqonlar qoşulacaq.