Neft yenidən bahalaşdı
Dünya bazarlarında neftin qiymətində bahalaşma müşahidə olunur.
Verilıən məlumata görə, ötən gün 27.88 dollar olan "Brent” markalı neftin qiyməti bahalaşaraq 29.68 dollar olub.
Ötən gün səhər 28.20 dollar olan"Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 29.87 dollarda qərarlaşıb.
Ötən gün "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,09 dollar ucuzlaşaraq 28,82 dollar təşkil edib.
Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,32 dollardır. Platinin 1 qramı 26.31 dollar, Palladiumun 1 qramı isə 16.12 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Miq.az