Neft sürətlə bahalaşır
Fevralın 26-da keçirilən hərracların gedişində Brent markalı neftin qiyməti 2%-dən çox bahalaşıb.
Fevralın 1-dən ilk dəfə olaraq Brent barrelinin qiyməti 36 dolları keçib.
ICE London qitələrarası birjasında Şimal dənizi neft qatışığının qiyməti 2,5% artaraq bir barelə görə 36,16 dollar təşkil edib.
Neft qiymətinə ABŞ-ın ötən həftə dərc etdiyi məlumatda neft məhsullarının ehtiyatlarının aşağı düşməsi müsbət təsir göstərib.
Bundan əlavə, bazar iştirakçıları ümid edirlər ki, istehsalçı ölkələr neft hasilatının dondurulmasına dair razılığa gələcəklər.
Miq.az