Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

Martın 24-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% bahalaşaraq 17 515,73 bənd, "S&P 500" 0,04% azalaraq 2 035,94 bənd, "Nasdaq" isə 0,10% irəliləyərək 4 773,50 bənd təşkil edib.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,49% ucuzlaşaraq 6 106,48 bənd, Fransa CAC-40-ı 2,13% azalaraq 4 329,68 bənd, Almaniya DAX-ı isə 1,71% geriləyərək9851,35 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26 dollar, yaxud 0,02% bahalaşaraq 1 217,08 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1159 (-0,13%) təşkil edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az