Bəzi ali təhsil müəssisələrinin müxtəlif fakültələrini bitirənlərin sayının qəbul olunanlardan çox olması ilə bağlı yazı hazırlamışdıq. Bununla bağlı hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından da açıqlamalar verilir.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az məsələ ilə
bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışsa da bildirilmişdi
ki, tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya
fakültələrin dəyilşdirilməsi təhsil nazirinin əmrinə uyğun həyata
keçirilir. Həmin vaxt neçə tələbənin köçürülməsi haqda məlumat
verilməmişdi.
Təhsil Nazirliyindən bildirilib ki, "Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi,
xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair
müvəqqəti Qaydalar"a görə, tələbənin təhsil aldığı ali təhsil
müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun
ərizəsi əsasında rektorun əmri ilə həyata keçirilir. Bu səbəbdən belə
köçürmələrin statistikası aparılmır.
"Eyni zamanda bildiririk ki, 2015-ci təqvim ilinin II rübündə (aprel - iyun) tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi barədə nazirliyə 209 müraciət daxil olub”-deyə Təhsil Nazirliyindən sorğumuza verilən cavabda vurğulanıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL