Rusiya “Sberbank”ının Dağıstandakı şöbələrindən birinin rəhbəri bankdan 250 milyon rublu oğurlayaraq qaçıb.
Virtualaz.org saytı Dağıstan mənbələrinə istinadən xəbər verir ki, bankın Qasımkənd şöbəsinin rəhbəri olan Zeydullah Əhədullayev mayın 18-də Rusiya Mərkəzi Bankının kassa-hesablaşma mərkəzindən iri məbləğdə nağd pul çıxararaq yoxa çıxıb.
Ertəsi gün “Sberbank”ın Moskvadan göndərilmiş komissiyası şöbəni yoxlayıb və məlum olub ki, bankın cəmi 70 milyon rublu (1,4 milyon dollara yaxın) və 90 min ABŞ dolları çatışmır. Həmin pulların Əhədullayev tərəfindən çıxarıldığı təsbit edilib.
Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Əhədullayev təxminən 1,5 milyon dollar ekvivalentində (bankdan ümumən 250 milyon rubl aparılıb) olan pulla birlikdə həmin gün Azərbaycan sərhədini keçib. Bakıya gələrək buradan birinci reyslə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub.
“Sberbank” və hüquq-mühafizə orqanları bu məlumatı bir aya yaxın gizli saxlamağa çalışıblar. Hadisə barədə təsadüfən Dağıstan polisinin qısa kriminal xronikasından məlum olub. Dağıstanlı bankirin iri məbləğdə nağd pulu Azərbaycana keçirərkən və Bakıdan Dubaya apararkən gömrükdə bəyan edib-etmədiyi məlum deyil.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL