40 milyon zərər: neftçilər tətildə

40 milyon zərər: neftçilər tətildə
Küveytin Milli Neft Şirkəti (KNPC) neft sahəsi işçilərinin tətil keçirməsi ilə əlaqədar olaraq yanacaq istehsalını kəskin azaltmaq məcburiyyətində qalıb, müəssisə xüsusi sxem üzrə işləyir.

"Report" xəbər verir ki, Küveytin neft və neft-kimya sahəsi işçilərinin ittifaqı aprelin 17-də müddətsiz ümumi tətilin başlandığını elan edib.

Hökumət ilə fikr ayrılığı neft sahəsi işçilərinin əmək haqları və sosial müavinətlərinin azaldılması planı səbəbindən yaranıb. İttifaqın məlumatına görə, tətilə minlərlə insan qoşulub.

"Vəziyyət şirkətin üç zavodunda stabildir. Hazırda müəssisə tətilə qədər olan 930 min barel ilə müqayisədə gündə 520 min barel verir", - deyə KNPC rəhbəri Məhəmməd Qazi əl-Mutayri bildirib.
Bundan əvvəl şirkət nümayəndəsi Vafaa əz-Zoabi bəyan edib ki, sahənin mümkün zərəri gündə 40 milyon dollara qədər təşkil edə bilər.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az