"Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi açılıb.
Vətəninfo.az Virtualaz.org-a istinadən bildirir ki. "Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olan müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilən cəmiyyətə məxsus 30 min manat məbləğində vəsaiti mənimsəməsində, habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini əldə keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL