"40 yaşımda evlənəcəm"
Aparıcı Şəhriyyar Əbilov yay istirahətindən bəhs edib.
Aparıcı bütün yayı özünə qulluq etməklə keçirdiyini söyləyib:
"Yayın
əvvəlində Hindistana getdim, 7 gün qaldım. Bir çox məşhur aktyorlarla
görüşdüm. Həyatımda arzuladığım, xəyalımdakı nağılvari Hindistanı
gördüm. Sonra Tükriyəyə yollandım. Yay aparıcıların özünə qulluq etdiyi
ərəfədir. İş olmur, yeni mövsümə hazırlaşırıq. Yeni layihə axtarıram.
Köhnəni etmək istəmirəm. Ola bilsin ki, oktyabrdan efirə çıxım. Başqa
kanallardan da təkliflər alıram. Doğma ATV-ni ata bilmirəm. Məni ATV
tanıdıb. Keyfiyyətli iş istəyirəm. Bu gün tamaşaçını təəccübləndirmək
çətindir. Toy bazarı müğənnini, aparıcını adiləşdirib. Şou-biznesimizi
apar tulla, çox ucuzlaşıb. Bir vaxtlar xalq artistləri əlçatmaz idi.
Çünki piarı düz edirdilər. İndikilər piarı düz etsələr, acından
öləcəklər”.
36 yaşı olan Şəhriyyar evlənməməyinin səbəbini də açıqlayıb:
"Anam
hər dəfə deyirdi ki, yaş ötür, evlən. Mənim iki ailəli, övladları olan
bacım var. Anamın iki nəvəsi var, deyirəm ki, bəsindir. Mən karyeramı
inkişaf etdirirəm. Bəlkə Amerikaya getdim. Aktyorluq üzrə təhsil almaq
istəyirəm. Rahat yaşamağa çalışıram. Bütün istədiyimi əldə etdikdən
sonra 40 yaşımda evlənəcəm. Bütün ailəyə mən baxıram. Qazancımda təkcə
bu sahədəndir. Film təklifləri almışam. Onları dəyərləndirəcəm".
Axşam.az