50 illik fakültəmiz- Tələbə Emin Şirvanzadə yazır

50 illik fakültəmiz- Tələbə Emin Şirvanzadə yazır

Qocaman Bakı Dövlət Ünuversitetin (BDU) qocaman fakültəsi-Jurnalistika fakültəsi...

Fakültəmiz 1969-cu ilə qədər filologiya fakültəsinin nəzdində fəaliyyət göstərib. 1969 cu ildə müstəqil fəaliyyət göstərərək Azərbaycana savadlı jurnalistlər yetişdirib və yetişdirməkdə də davam edir. İlk dekanımız professor Nürəddin Babayev olub. Fəaliyyəti 1 il olmuşdur. Professor  Nürrəddin Babayevdən sonrakı dekanımız professor Şirməmməd Hüseynov olmuşdur. Fakültənin bünövrəsini qoyan bu şəxslər fakültəmiz  üçün böyük işlər görüb. Məsələn, jurnalistika fakültəsində Azərbaycanın baş bəlası olan rüşvət yoxdur,  olmayıb və olmayacaq da. Çünki, müəllimlərimiz dəyərli istedad sahiblərindən dərs alıblar. Rüşvət vermədikləri üçün rüşvət də almırlar.  Müəllimlərimiz tələbələrinə həmkar gözüylə baxır, öyrədir və öyrənirlər. Düzdür, fakültəmizdəki auditoriyaların hamısında mükəmməl şərait yoxdur. 2019- cu il olsa da, auditoriyalarımızın heç birinin internetlə əlaqəsi yoxdur. İnanırıq ki, fakültə rəhbərliyi və universititet rəhbərliyi bunun həll olunmasına səy göstərəcəklər. Bir çox auditoriyalarımızda sınıq stul və stollar mövcuddur. Bunun səbəbini həm tələbələrdə, həm də müəllimlərdə görürəm. Tələbələrin bir qismi fakültəyə ziyan vurmağa çalışır. Stol-stulları yazmaqla,  qırmaqla və s. Partada əsasən öz adlarını və qruplarının nömrəsini yazırlar. Sanki yazdıqlarını "əbədi"ləşdirirlər. Ciddi nəzarət olsa, bu hallar vaş verməz. Yəni, nəzarət sadəcə dəhlizdə tələbələrin durmasına icazə verməməklə deyil.

Bizim son texnoloji avadanlıqlarla təchiz olunmuş tədris tele-studiyamız var. Tələbələr nəzəriyyədən öyrəndiklərini praktiki şəraitdə həyata keçirmək üçün burda gözəl şərait yaradılıb. Fakültə auditoryamız o qədər böyük deyil. Kafedralarımızın sayı da cəmi 4-dür. (Beynəlxalq jurnalistika, Radio və televiziya,  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, Mətbuat tarixi və ideoloji iş metodları). Tələbələrimizin əksəriyyəti aktiv tələbələrdir. Bəziləri televiziya kanallarında, saytlarda, qəzetlərdə işləyirlər.  Bir çox dövlət qurumlarının, ictimai təşkilatların, universititetlərin mətbuat katibləri, qəzetdə, saytda, TV-də çalışan redaktorlar məhz bizim fakültənin məzunlarıdır. Beynəlxalq jurnalistika kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılıb. Burda tələbələr bir çox layihələrin üzərində komanda şəklində işləyərək gerçəkləşdirirlər, öyrənirlər və  bildiklərini bir-biriləriylə paylaşırlar. Eynən fakültəmizdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Könül Niftiyevanın müəllifi olduğu və artıq  5 ildir fəaliyyət göstərən "Tələbədən-Tələbəyə" layihəsi kimi. Adından bəllidir ki, bu layihə çərçivəsinin də fakültəmizdə təhsil alan yuxarı kurslar aşağı kurslara öyrəndiklərini bölüşürlər. Bu layihəni bitirən hər tələbəyə sertifikat verilir.

Fakültəmizin əksər heyyəti BDU-nun 100 illik yubileyi münasibətiylə mükafatlandırıldı. Müəllimlərimizin böyük əksəriyyəti diqqətdən kənarda qalmadı.  

Jurnalistika fakültəsinin 50 illik yubileyi çox yüksək səviyyədə qeyd olunur. Sevindirici hal odur ki,  tələbələr daha çox aktivdir. Sənədli film çəkir, müsahibələr hazırlayır, mətbuatda yazılarıyla çıxış edirlər, hətta tələbə -müəllim heyyəti üçün  3 aktiv tələbəmiz möhtəşəm party təşkil etmişdilər. Bununla yanaşı "Jurnalist" qəzetinin bir nömrəsi 50 illiyimizlə  bağlı yazılar dərc etdirəcək.

Yubiley Universititet səviyyəsində qeyd ediləcək.

Emin Şirvanzadə
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az