“Bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq”.
"Vətəninfo.az" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 27-də keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədrinin sözlərinə görə, Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas müəssisələrinə ərizə qəbulu avqustun 1-dən başlayacaq.
Komissiya sədri bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər.
M.Abbaszadə qeyd edib ki, bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR