ABŞ mətbuatında ümummilli lider Heydər Əliyevə dair məqalə dərc olunub
ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan"The Jewish Press" qəzetinin 2015-ci ilin 17 iyul tarixli sayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə dair geniş məqalə dərc olunub. "Heydər Əliyev və liderliyin mənası" başlıqlı məqalənin müəllifi Kaliforniya ştatında yaşayan yəhudi din xadimi Ravvin Simxa Qrindir (Simchah Green).
Müəllif, böyük liderlərin öz ölkələri uğrunda fədakarcasına apardığı uzaqgörən siyasətin önəmindən söz açaraq, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında gördüyü tarixi xidmətlərdən bəhs edir. Azərbaycanın kifayət qədər çətin coğrafi-siyasi şəraitdə yerləşdiyini vurğulayan müəllif, yeni müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində Heydər Əliyevin göstərdiyi liderlik üstünlüklərini qeyd edir.
Ravvin Qrin bildirir ki, məhz Heydər Əliyev tərəfindən təməlləri qoyulan müdrik siyasət nəticəsində bu gün Azərbaycanda müxtəlif dini etiqadlar, o cümlədən müsəlman və yəhudilər qarşılıqlı ehtiram və əmin-amanlıq şəraitində yaşamaqdadırlar. Azərbaycanın malik olduğu tolerantlıq ənənələrinin son illərdə dünyadakı müsəlman dövlətləri üçün nümunəvimodel təşkil etidiyini bildirən müəllif, bu nailiyyətin qazanılmasında mərhum Ümummilli Liderin əvəzolunmaz rolunun olduğunu vurğulayır. O bildirir ki, məhz Heydər Əliyevin cəsarətli liderliyi nəticəsində bu gün Azərbaycan güclü, sağlam və dayanıqlı dəyərləri özündə təcəssüm etdirir.
Müəllif, məqalədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ümummilli Lider ilə bağlı fikirlərinə də istinad edib. "Heydər Əliyev öz dərin təcrübəsinə və Vətəninə olan güclü sevgisinə əsaslanan müdrik və cəsur qərarlar verərək, Azərbaycanı parçalanmadan və tamamilə məhv olmadan xilas etmişdi" deyə Nəsimi Ağayev bildirir. Diplomat qeyd edir ki, "Heydər Əliyev bir çox daxili və xarici təhlükələri dəf edərək, Azərbaycanın müharibə vəziyyətindəkizəif bir ölkədən ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrdən birinə çevrilməsi erasını başlatmışdı.” Baş konsul vurğulayır ki, "Heydər Əliyev öz parlaq liderliyi ilə Azərbaycan xalqının xəyallarını gerçəkləşdirərək, ölkəmizi ortaq məqsədə - rifaha, sülhə və harmoniyaya yönləndirmişdi.”
Qəzetin həm çap, həm də Internet versiyalarında dərc olunmuş məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:http://www.jewishpress.com/indepth/opinions/heydar-aliyev-and-the-meaning-of-leadership/2015/07/19/
Məqalə sosial şəbəkələrdə də geniş yayılıb.